"Azərbaycanla Türkiyənin E-dövlət portalları inteqrasiya olunub" - Ülvi Mehdiyev

17:46 30.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə keçirilən "Teknofest-2022" çərçivəsində Türkiyənin E-dövlət portalı ilə Azərbaycanın e-Gov portalının inteqrasiyası ilə bağlı rəsmi təqdimat olacaq.

Bunu hafta.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə gəldikdə ona Azərbaycan dövlətinin verməli olduğu sənəd tələb olunarsa, dərhal Azərbaycanın elektron dövlət portalından əldə edə biləcək: "Eyni zamanda Türkiyə vətəndaşı Azərbaycanda Türkiyə dövlətinə məxsus hər hansı sənəd tələb olunarsa, Türkiyənin eyni portalından əldə edə biləcək. Bu inteqrasiya çox ciddi addımdır ki, biz bunu həyata keçirmişik, sentyabrın 1-də "Teknofest"də onun təqdimatı olacaq".